"Meyvəli" dairəsində sürücüləri tələyə salan yük maşını dayanıb — DİQQƏT

SOSİAL 08 dek 2022, 19:30
Lökbatan qəsəbəsi, "Meyvəli" dairəsi kimi tanınan ərazidə sürücüləri çaş-baş salaraq qayda pozmasına, qəza törətməsinə və ya cərimə olunmasına səbəb olan yük maşını peyda olub.
Bu bardə Avtosfer.az-a təlimçi Arzu Babazadə fotolar göndərib.

Belə ki, Sədərək ticarət mərkəzi istiqamətindən gələn zaman 99-ZB-281 dövlət nömrə bişablı yük avtomobili həm avtobus dayanacağını zəbt edib, həm də dairə nişanının qarşısını kəsib. Nəticə etibarilə bu istiqamətdən gələn sürücülər dairə nişanını görmür və qayda pozurlar. Bu isə qəza şəraitinin yaranmasına, həmçinin sürücülərin cərimə olunmasına səbəb olur.

Fotoları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top