“Silah almaq üçün yeni bazarlar axtarırıq” — Ermənistanın müdafiə naziri

REGİON 08 dek 2022, 12:13
“Ermənistan silah almaq üçün yeni bazarlar axtarır”.

Demokrat.az
bildirir ki, bu barədə müdafiə naziri Suren Papikyan İctimai Televizyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, silah alışı ilə bağlı artıq müəyyən nəticələr var. Papikyan bu barədə ətraflı danışmaqdan imtina edib.

Müdafiə naziri sərhəddə vəziyyəti “gərgin” adlandırıb. “Biz danışıqlar yolu ilə sülh istəyirik. Hökumətimizin məqsədi budur”-deyə nazir vurğulayıb

Papikyan etiraf edib ki, bü il ərzində sərhədboyu mühəndis işləri aparılıb:“Son hadisələrdən sonra bizim yeni  ilkin sərhəd xətləri yaranıb. Orada da ideal olmasa da əhəmiyyətli işlər görülüb”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top