“Azyaşlıları zorlayanları normal insan hesab etmirəm” — Deputat

SOSİAL 07 dek 2022, 22:10
“Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə verilən cəzalar ağırlaşdırılmalıdır”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, həmin cinayəti törətmiş təqsirkar şəxs ən ağır cəza ilə cəzalandırılmalıdır.

“Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması  nəzərdə tutulur. Ümumiyyətlə, azyaşlılara qarşı cinsi zorakılığa qarşı tətbiq olunan cəzaların ağırlaşdırılmasına müsbət yanaşıram. Çünki, 14 yaşına çatmamış bir uşağın zorlanması faciədir və bir gəncin həyatının məhv olması deməkdir. Belə cinayətlərə əl atanlar ən ağır cəzalarla cəzalandırılmalıdır. Həm də azyaşlıları zorlayanları normal insan hesab etmirəm. Belə şəxslər potensial təhlükədir və onlar ağır cəzalandırılıb, cəmiyyətdən təcrid olunmalıdırlar”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top