Reznikov: "Moldovaya raketin düşməsi ilə bağlı versiyalar var, amma istintaqı gözləyəcəyik"

DÜNYA 06 dek 2022, 21:57
Ukrayna Moldova ərazisinə raketin düşməsi ilə bağlı yerli hüquq-mühafizə orqanlarının apardığı araşdırmanın nəticələrini gözləyəcək. Eyni zamanda, artıq bir neçə versiya var.


Demokrat.az bildirir ki, bu barədə RBC-Ukrayna telemarafonun efirində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.


"Qabaqcadan danışmaq istəmirəm. Biz Moldovadan olan həmkarlarımızın araşdırmasının nəticələrini gözləyəcəyik. Amma bir neçə versiya var.  Biz də hava hədəflərini vurmaq üçün raketlərdən istifadə edirik. Ona görə də hər şey ola bilər. Nəticəmizi moldovalı həmkarlarımızla bölüşəcəyik. Əsas odur ki, heç kimin bizə qarşı şikayəti yoxdur”.

Eyni zamanda, Moldovanın baş naziri Nataliya Havrilitsa bu gün ölkə ərazisinə düşən raketin fraqmentlərinin gücləndirici blok olduğunu, onların tərkibində partlayıcı olmadığını bildirib.

Xatırladaq ki, dekabrın 5-də Rusiyanın Ukraynanı kütləvi atəşə tutması zamanı Moldova ərazisinə raket düşüb .

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top