YapiKredi Müraciət Forması
Dünya Özəl

Ledi Qaqanın itlərini oğurladı, 21 il həbs olundu

Ledi Qaqanın itlərini oğurladı, 21 il həbs olundu

Dünyaşöhrətli müğənni Ledi Qaqanın itlərini oğurlayan şəxsə 21 il həbs verilib .

Demokrat az İHA-ya istinadla bildirir ki, ötən ilin fevralında sənətçinin iki fransız buldogu oğurlanmış onları gəzdirən baxıcı isə yaralanmışdı.

Los-Angeles rayon prokurorluğundan verilən məlumatda 2022-ci ilin əvvəlində həbsxanadan qaçan Ceyms Hovard Cekson 5 ay öncə yenidən həbs edilib.

Hakim qarşısına çıxarılan Cekson oğurluq və adam öldürməyə cəhd etdiyi üçün mühakimə olunub. Onun 21 il həbs cəzasına məhkum edilib.

İstintaq zamanı oğurluqda şübhəli bilinən daha 5 nəfər saxlanılıb.

Əməliyyatçılar oğurlanan itlərin Ledi Qaqaya aid olduğun bilmədiklərini və onları sadəcə qiymətlərinə görə qaçırıldığını güman edirlər.

Arzu Demokrat.az

NE
Nihadə Eyyubova