“Azərbaycan Laçın dəhlizinə nəzarət funksiyasını həyata keçirməlidir” — Ramil Məmmədli

SİYASƏT 06 dek 2022, 15:27
Azərbaycan özünü və beynəlxalq qanunları əsas götürərək, inşa etdiyi Laçın dəhlizinə nəzarət funksiyasını həyata keçirməlidir. 

Bunu Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib. Hərbi analitik qeyd edib ki, bu nəzarət funksiyası 3 mərhələdə icra olunmalıdır:

“Birincisi, Dövlət Sərhəd Xidmətinin mənsubları dəhlizdə sərhəd-keçid məntəqəsi formalaşdırmalı və hər iki istiqamətə Ermənistandan Qarabağa və əks tərəfə hərəkət edən vasitələrin (həmçinin, şəxslərin) yoxlanışını həyata keçirməlidir. İkincisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Laçın dəhlizinin ümumi təhlükəsizliyini təmin etməlidir. Həmçinin,  Azərbaycan Ordusu isə strateji mövqelərdən və yaxın ərazidən Laçın dəhlizinin müdafiəsini təşkili prosesini davam etdirməlidir. Yuxarıda sadaladığım bu 3 məqamın 1-ci bəndində qeyd olunan prosesin icrasında Rusiya sülhməramlı missiyası da paralel olaraq iştirak edə bilər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top