ABŞ senatorundan Türkiyə əleyhinə yeni BƏYANAT

DÜNYA 05 dek 2022, 15:36
ABŞ Konqresinin aralıq seçkilərində Senatın Xarici Əlaqələr Komitəsinin sədri kreslosunu qoruyub saxlayan Robert Menendez F-16 satışı, Suriyadakı əməliyyatlar və NATO üzvlüyü mövzularında yenidən Türkiyə əleyhinə danışıb.

Demokrat.az CNN Turk-ə istinadən xəbər verir ki, Yunanıstan dövlət televiziyası ERT-nin suallarını cavablandıran Menendez mövcud şəraitdə F-16-ların Türkiyəyə satışına razılıq vermək fikirinin olmadığını deyib.

Sədr, Türkiyənin Suriyada həyata keçirəcəyi mümkün quru əməliyyatı ilə bağlı sualını isə "diplomatiya bəzən pərdə arxasında edilir. İnanıram ki, Bayden administrasiyası Türkiyəyə belə bir inkişafın gətirə biləcəyi nəticələri izah edib" deyə cavablandırıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top