Rəhimin sevgilisi üzə çıxdı: “Ən çox oğlan övladı arzulayırdı“ — VİDEO

ŞOU-BİZNES 05 dek 2022, 15:26
Mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi Huri xanım üzə çıxaraq sənətçi ilə bağlı bir çox faktı açıqlayıb.

Demokrat.az
xəbər verir ki, o, "Maqazin plus" verilişinə açıqlamasında Rəhimin ondan küsülü vəfat etdiyini bildirib:

“Hər gün Rəhimin qəbrinə gəlirəm. Evdə nə gecəm, nə də gündüzüm var. O gedəndən hələ də yoxluğuna alışa bilmirəm. Nə havam, nə də suyum çatır. Elə bilirəm, qaranlıq bir yerdəyəm.

O rəhmətə gedəndə burada deyildim. Ölkə xaricində idim. Dostları zəng vurdu. Dedilər, artıq Rəhim həyatda yoxdur.

O, məndən küsülü getdi. Rəhim əvvəllər fikirləşirdi ki, ailə quraq, övladımız olsun. Ən çox oğlan övladı arzulayırdı. Deyirdi ki, heç olmasa məndən sonra yolumu davam etdirən olsun. Amma olmadı. Bu da qismət".

Həmin görüntüləri təqdim edirik:


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top