Bu təbii qidalar stresi məhv edir — Psixobiotik dieta

MARAQLI 04 dek 2022, 08:51
Fermentləşdirilmiş istənilən qida stresin əsl düşmənidir.

Demokrat.az xəbər verir ki, dietoloq həkim Vasilisa Ponomaryova əsas 3 qidanı açıqlayıb.

“Kefir, təbii yoqurt, duza qoyulmuş kələm və kimçi təbii formada stresi azalda bilər.

Alimlər elmi tədqiqatla bu məhsulların müxtəlif yaş qrupunda insanlara təsirini araşdırıb.

Psixobiotik dieta belədir.

- Hər gün prebiotik lifli qidalardan 2-dən 100 qram yemək – banan, paxla, kələm

- Fermentləşdirilmiş qida – kefir, yoqurt, duza qoyulmuş kələm və suyu

\4 həftəlik nəticə göstərib ki, bu qidalanmaya əməl edən qrup daha az əsəbi olub, şən olub, yaxşı yatıblar.

Alimlər bunu bağırsaqların beyinə təsiri ilə əlaqələndirir.

Bağırsaq və beyin neyronları bir-birinə siqnal ötürür. Bu qrup qidalar isə bağırsaq mikroflorasını yaxşılaşdırır, həzmi asanlaşdırır, faydalı bakteriyaları artırır.

Xoşbəxtlik hormonu da bağırsaqlarda hasil olur”/medicina.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top