Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

İDMAN 04 dek 2022, 08:36
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura yekun vurulacaq.

Demokrat.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Gəncə təmsilçisi 10 xalla doqquzuncu, sumqayıtlılar 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu komandalar arasında 2017-ci ildən bəri keçirilən son 5 oyunun heç birində “Kəpəz” qələbə qazana bilməyib.

Tura “Zirə” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 23 xalla beşinci, tovuzlular isə 16 xalla altıncı yerdədir. Birinci dövrədə Tovuzda baş tutan matçda “Zirə” 3:1 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XVI tur

4 dekabr


14:30. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

Gəncə şəhər stadionu

17:00. “Zirə”– “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib - 1:1.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top