Sumqayıtda şok olay: İki azyaşlı uşaqla olan kişi avtobus sürücüsünə hücum çəkdi — TƏFƏRRÜAT

KRİMİNAL 02 dek 2022, 14:40
Sumqayıt şəhərində sərnişin avtobus sürücüsünü döyüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 1-ci mikrorayon Nərimanov küçəsində baş verib. 

Qubadlı rayon sakini, 1987-ci il təvəllüdlü Namiq avtobus sürücüsü Vəli (adlar şərti verilib – red.) ilə mübahisə edib. Mübahisə zamanı Namiq Vəlini döyüb. 

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1 may 2022-ci ildə, saat 13.30-da iki azyaşlı övladı ilə birgə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində 7 saylı marşrut avtobusuna minib və Sumqayıt şəhəri 1-ci mikrorayon, Nərimanov küçəsində dayanacaqda avtobusdan düşüb: “Orta qapıdan düşdüyüm üçün gediş haqqını verməkdən ötrü qabaq qapıya yaxınlaşdım. Bu zaman avtobusun sürücüsü avtobusu bir qədər qabağa sürdü. Avtobusa yenidən yaxınlaşaraq 60 qəpik gediş haqqını sürücüyə verdim. Həmin vaxt sürücüyə avtobusu vaxtında, lazım olan yerdə saxlamalı olması barədə iradımı bildirdim. Sürücü mənə kobud şəkildə cavab verdiyindən özümdən çıxdım və sürücünün oturduğu oturacaq hissəsinə çöldən yaxınlaşdım. Pəncərədən sürücüdən nə deməsini təkrarlamasını istədim. Həmin vaxt sürücü mənə kobud cavab verdi. Mən də sürücünün yaxasından tutmağa çalışdım. Bu zaman sürücü mənə yumruq zərbələri vurmağa başladı. Mən də cavab zərbəsi vurmağa çalışdım. Sürücü məndən hündürdə əyləşmişdi. Sürücünün məni vura bilməsi üçün daha əlverişli imkanı olub və vurub. Mən də özümü müdafiə etməyə çalışmışam və bir iki zərbə də vurmuşam”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vəlinin sözlərinə görə, mayın 1-də, saat 13-55-də idarə etdiyi avtobusla Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nərimanov küçəsində yerləşən dayanacaqda dayanıb: “Sərnişinlərin bir qismi avtobusdan düşdü. Bu vaxt yanımda 2 nəfər azyaşlı olan bir nəfər sərnişin də avtobusun orta qapısından aşağı düşdü. O, qabaq qapıya sarı gələrək pulu mənə vermək istəyərkən arxada dayanmış avtobusun siqnal verdiyini eşitdim, avtobusu daha rahat yerdə saxlamaq üçün bir neçə metr qabağa sürdüm. Həmin vaxt ilk dəfə gördüyüm, sonradan adının Namiq olduğunu öyrəndiyim sərnişin avtobusu irəli sürdüyümə görə irad bildirdi. Bu zaman Namiq avtobusun salonuna girdi. Mənə yumruq zərbələri ilə vurdu. Tanımadığım bir neçə sərnişin Namiqi avtobusun salonundan çölə çıxardı. Buna baxmayaraq Namiq sakitləşmədi, sürücü tərəfdən pəncərəyə yaxınlaşdı. İradan yaxamdan yapışaraq yarı bədənimi çölə çıxarddı, daha bir neçə yumruq zərbəsi ilə bədənimin müxtəlif nahiyyələrinə vurdu. Bu zaman çöldə olan bir neçə nəfər şəxs Namiqi məndən ayrdı. Mən də getdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Namiq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top