Türkiyə kəşfiyyatı Suriyada PKK-nın "rəhbər şəxsini" zərərsizləşdirdi

REGİON 02 dek 2022, 15:11
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MKİ) Suriyada yeni əməliyyat keçirib.

Demokrat.az
“TRT”yə istinadən xəbər verir ki, Suriyada keçirilən əməliyyat zamanı “Kemal Pir” kod adlı Məhəmməd Nasiri zərərsizləşdirilib.

Verilən məlumata görə, terrorçu Nasir sərhəd xəttini çox yaxşı tanıyıb və onun sızma cəhdləri sərhəd təhlükəsizliyini təhdid edib. Raketlər üzrə mütəxəssis olan və təxribat planlarının hazırlanmasında fəal rol oynayan, həmçinin tabeliyində olan şəxslərlə birbaşa təxribat aksiyalarında iştirak edən Nasir, etdiyi hərəkətlərə görə Türkiyə Milli Kəşfiyyat İdarəsi(MKİ) tərəfindən hədəf siyahısına daxil edilib.

Əməliyyat üçün münasib mühit formalaşdıqdan sonra MKİ keçirdiyi əməliyyatla “Kemal Pir” kod adlı terrorçu Məhəmməd Nasiri zərərsizləşdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top