İlin sonunda limit yeniləcək — RƏSMİ AÇIQLAMA

SOSİAL 02 dek 2022, 11:26
"Son günlər Çağrı Mərkəzinə edilən zənglərin sayı artıb. Əksər abonentlər limit barədə məlumat almaq istəyirlər".

Demokrat.az
 xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı deyib.

Şöbə rəisi abonentlərdən borclarının ödənilməsini xahiş edib.

"Qeyd edim ki, ilin sonunda limit yeniləcək. Ona görə də, abonentlərdən xahiş edirik ki, borclarını ödəsinlər. Limit barədə məlumatları vətəndaşlar  həm saytımızdan, həm də abonent kodunu onlayn çat bölməmizə yazıb öyrənə bilərlər".

O əlavə edib ki, kart tipli sayğaclarda balansı onlayn artırmaq mümkündür".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top