Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib — FOTO

SOSİAL 01 dek 2022, 14:16
Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyası (EİMİA) Rəyasət Heyətinin 2022-ci il 10 noyabr tarixli qərarı ilə EİMİA-nın həqiqi üzvü seçilib.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən bildirilib ki, tarixçi-alimə bu ad Azərbaycan-İsrail əlaqələri tarixinin araşdırılmasındakı xidmətlərinə görə verilib.

Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsraildə təbliğinə töhfələr verib. Akademikin müxtəlif dillərdə yayılan “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ibri dilində də nəşr olunub. Hazırda onun elmi rəhbərliyi ilə “İsrail tarixşünaslığında Azərbaycan tarixi məsələləri” mövzusunda araşdırmalar aparılır.

Xatırladaq ki, bundan əvvəl o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top