“Qaribaşvili mina xəritələrinin Azərbaycana verilməsində əvəzedilməz rol oynayıb”

SİYASƏT 01 dek 2022, 11:38
Gürcüstan regional sülh, sabitlik və qarşılıqlı əlaqə baxımından vacib önəm daşıyır.

Bunu Gürcüstanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib.

“Mən ötən il burada (Tbilisidə) olarkən Gürcüstanın liderləri ilə qonşularınız Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək üçün yaxından işlədim. Baş nazir İrakli Qaribaşvili saxlanılanların azad olunması və döyüş bölgələrində minaların yerləri ilə bağlı (məlumat) paylaşımında əvəzolunmaz rol oynadı. Avropa İttifaqının Monitorinq İmkanına dəstək verməsi ilə Gürcüstan regional təhlükəsizliyə töhfə verməyə davam edir və mən Baş nazirlə regional məsələlərin müzakirəsi üçün görüşməkdən məmnunam”, – deyə Filip Riker bildirib. (APA)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top