Ronaldo Ərəbistan komandasında oynayacq

İDMAN 30 noyabr 2022, 14:09
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə müqavilə imzalamağa yaxındır.

Demokrta.az
Apasport-a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında sövdələşmə yekunlaşmaq üzrədir. 38 yaşlı forvardın illik 200 milyon avro maaş olmaqla 2,5 mövsümlük müqavilə imzalaması gözlənilir. Sözləşməni tamamlamaq üçün heç bir hüquqi maneə yoxdur. Həm Avropa, həm də MLS klublarından heç biri “Əl-Nasr”ın irəli sürdüyü şərtlərə bənzər təklif etməyib.

Qeyd edək ki, hazırda Portuqaliya millisinin heyətində dünya çempionatında iştirak edən Kriştiano Ronaldo bu günlərdə “Mançester Yunayted”dən ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 08:52
05 iyul 2025, 00:03
Top