Fəzail Ağamalının qızından polisə şikayət edildi — SƏBƏB (VİDEO)

SOSİAL 30 noy 2022, 13:43
Deputat Fəzail Ağamalının qızı Günay Ağamalıdan Bakının Nərimanov rayonu 16-cı polis bölməsinə şikayət olunub. 

Demokrat.az
xəbər verir ki, buna səbəb deputat qızının rəhbərlik etdiyi “Buta” uşaq bağçasında 4 yaşlı qızcığaz Firəngizin nəzarətsizlikdən yıxılaraq ayağının sınmasıdır. 

Uşağın anası Mehriban Fərruxlu bildirir ki, polisdə işin obyektiv araşdırılacağına ümid edir.

Onun sözlərinə görə, bağça rəhbərliyi aylıq ödənişi geri qaytarıb: 

“Uşaq 18 noyabrdan getməyə başladı, ayın 23-də ayağı sındı. Bağçanın aylığı 225 manatdır, cəmi 1 saat artıq qalmışdı deyə 20 manatı da aldılar. Ancaq 83 manat gips, 24 manat rentgen üçün pul veriblər, bir də aylığı qaytarıblar. Ancaq uşağımın başına gələn araşdırılmalıdır. Bu necə uşaq bağçasıdır?”

Reportyor.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top