Rəşt-Astara dəmir yolunun tikintisi üç ildən çox çəkə bilər

İNFRASTRUKTUR 30 noy 2022, 00:18
Rəşt-Astara dəmir yolunun tikintisi üzrə Rusiya ilə birgə layihənin həyata keçirilməsi üç ildən çox vaxt apara bilər.

Bunu çərşənbə axşamı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Transtek” beynəlxalq forumunun plenar iclasında İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak deyib.

“Biz Rusiya ilə Rəşt və Astara şəhərləri arasında dəmir yolu nəqliyyatının infrastrukturunu inkişaf etdirməliyik, lakin təəssüf ki, bu layihə yaxın üç il ərzində tamamlanmaya bilər, çünki bunlar, deyək ki, uzaq gələcək üçün tətbiq olunan tədbirlərdir”, - nazir müavini iki ölkənin logistika və yükdaşıma sahəsinə qarşı sanksiyaların bərabərləşdirilməsinə yönəlmiş praktiki addımlara sürətlə keçməsinin zəruriliyindən danışarkən bildirib.

Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməkdir ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top