"Azərbaycanda nəqliyyat qiymətləri inkişaf etmiş ölkələrlə müqayisədə ucuzdur" — Ekspert

GÜNDƏM 29 noy 2022, 21:38
“Sovet dönəmində və müstəqilliyimizin ilk illərində nəqliyyatdan pulsuz istifadə halları var idi. Ümumiyyətlə, qeyd edim ki, hazırda dünyanın əksər ölkələrində bu təcrübə mövcuddur. Düşünürəm ki, bunu hal-hazırda ölkəmizdə tətbiq etmək o qədər də çətin deyil. Sadəcə bunu Tarif Şurası müəyyənləşdirə bilər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elçin Süleymanov deyib. İqtisadçı vurğualyıb ki, artıq ölkəmizdə ictimai nəqliyyat böyük ölçüdə kart sisteminə keçirilib.

“Pulsuz nəqliyyat xidmətindən həm pedaqpji heyət, həm də tələbələr yararlana bilər. Artıq Azərbaycanda tələbələr kredit layihəsində dəyararlana bilirlər. Onlar bank tərəfindən kredit kartları alılrlar, bundan da həm debit kartı, həm də təbələ kartı kimi istifadə oluna bilər. Dünyada təcrübə odur ki, o cür tələbə kartları həm bank kartı, həm də ictimai nəqliyyatda istifadəsi mümkündür.  Orada tarif bəlli olduqdan sonra avtobusda, metroda turlara uyğun pul silinir, ya da ona uyğun çəkim olur. Yəni, dünyada bundan sadəcə müəllim və tələbə deyil, digər şəxslər də yararlana bilir. Müstəqliyin ilk illərində ictimai nəqliyyatdan güzəşt kateqoriyası həddindən artıq çox  idi. Lakin saxta kartalar da az deyildi və onları yoxlamaq çox çətin olurdur. Ümumiyyətlə, pulsuz nəqliyyatdan istifadə edən kateqoriya çox idi deyə, bu özəl sektorun inkişafına mane olurdu. O dövrdə güzəştlər ləğv olundu və sadəcə polis əməkdaşları bundan istifadə edirdi, bir də 7 yaşdan aşağı olan uşaqlar. Ancaq indi ölkəmizdə tamamilə pulsuz yox, amma müəyyən güzəşt tətbiq edilə biləcək sistem ola bilər. Eyni zamanda bir ara Gənclər Fondu tələbə kartı layihəsi var idi. Beynəlxalq tələbə kartlar tətbiq edilirdi. Azərbaycan universitet tələbələri də  o kartla dünyanın müxtəlif ölkələrində olanda endirimli həm teatr bileti, həm nəqliyyatdan istifadə hüquq əldə edirdi. Qeyd etdiyim kimi, mexanizm sistemi çox da çətin deyil. Sadəcə  əvvəlki illərdə bunu tətbiq etmək çox çətin idi. Amma indi intelektual idarəetmə sistemi, kart sisteminin kütləvi tətbiqi ona imkan verir“. 

Ekspert qeyd edib ki, dünyanın əksər ölkələrində ictimai nəqliyyatda müəyyən faizli güzəştlər tətbiq edilir. 

“Əksər ölkələrdə demək olar ki, güzəşt kateqoriyanın nəqliyyatdan istifadə tarifi müəyyən qədər aşağı olur. Bu bəzən 30 faiz, bəzən 40 faiz olur. Həmçinin, gündəlik, aylıq, həftəlik bilet almağa görə fərqli ola bilər. Düzdür, Azərbaycanda nəqliyyat qiymətləri inkişaf etmiş ölkələrlə müqayisədə ucuzdur, bu alternativ differensiyalaşmış cazib görünmür yaxın günlərdə. Amma, dövlət tərəfindən nəqliyyata subsidiyalar verilə bilər. Düşünmürəm ki, belə olan təqdirdə ölkəmizdə tıxac probleminə son qoyula bilər“.
Qeyd edək ki,  Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxışı zamanı Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmasıyla bağlı təklif irəli sürüb. Deputat hesab edir ki, bununla Bakıda tıxac problemi qismən həll oluna bilər. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top