"Baku Bus"ın sürücüsünə hücum edildi — ANBAAN VİDEO

SOSİAL 28 noy 2022, 23:14
"Baku Bus" sürücüsünə hücum edilib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Məlumata görə, hadisə Tibb Universitetinin yaxınlığında, 13 nömrəli avtobusun sürücüsü ilə "Honda Insight" markalı avtomobilin sürücüsü arasında baş verib.

Şahidlər iddia edirlər ki, avtomobil hərəkətdə olarkən qəza törədib, nəticədə avtobusa xətər yetirilib. 

Avtobus sürücüsü sükan arxasından düşərək "Honda"nı idarə edən şəxsdən hadisə yerindən uzaqlaşmamağı tələb edib. Nəticədə sürücülər arasında mübahisə yaşanıb.

Daha ətraflı videoda:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top