Konqo prezidentini zəhərləmək istədilər — ŞOK

DÜNYA 28 noy 2022, 21:43
Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedini sianidlə zəhərləməyə cəhd ediblər.

Demokrat.
az bu barədə TASS "Politico" informasiya portalına istinadən xəbər verir.

Bildirilir ki, prezidentə ünvanlanan məktub poçt vasitəsilə noyabrın 12-də dövlət başçısının Kinşasa şəhərindəki ofisinə çatdırılıb. Bu, zərfdə olan deşiklər mühafizə xidmətində şübhələr yaradıb. 

Məktub ekspertizaya təqdim edilib və orada sianid birləşmələrindən birinin - güclü zəhərin izləri aşkar edilib. Zərfdə bir səhifə mətn və bir qəzet də olub.

Portalın məlumatına görə, ölkənin xüsusi xidmət orqanları məktubun Fransada yerləşən beynəlxalq təşkilatlardan biri tərəfindən göndərildiyini müəyyən edib. 

Qeyd olunur ki, Fransanın Konqodakı səfiri məsələ ilə bağlı Konqo Xarici İşlər Nazirliyinə çağırılıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top