İlyas Hətəmli və Vasif Səlimov Avropa çempionu oldu — FOTOLAR

İDMAN 28 noy 2022, 20:19
Azərbaycan millisi Yeniyetmələr arasında Avropa birinciliyini uğurla başa vurub.

Demokrat.az
-ın xəbərinə görə, qitə yarışının son günündə komandamız iki qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

İlyas Hətəmli (-37 kq) və Vasif Səlimov (-53 kq) Avropa çempionu tituluna yiyələniblər. Yalnız finalda məğlub olan Elcan Əliyev (-65 kq) gümüş medala sahib çıxıb. 45 kq çəki dərəcəsində Fuad Məhərləmli bürünc mükafata yiyələnib. 

Beləliklə, Azərbaycanın taekvondo üzrə yığma komandası budəfəki Avropa birinciliyini 3 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan həm ümumi komanda hesabında, həm də kişilərin komanda hesabında 3-cü yeri tutub.

Xatırladaq ki, Yeniyetmələr arasında Avropa birinciliyi bu il Maltanın paytaxtı Valletta şəhərində keçirilirdi.



Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top