Qana ilk qələbəsini qazandı

İDMAN 28 noy 2022, 19:17
DÇ-2022-nin H qrupunda II tura start verilib. 

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 9-cu gününün ikinci matçında Cənubi Koreya ilə Qana qarşılaşıb. 

Dörd gün öncə Portuqaliyaya müqavimət göstərsə də, sonda məğlubiyyətlə barışan Afrika təmsilçisi bu dəfə rəqibinə eyni aqibəti yaşadıb. Dramatik alınan görüşdə mininalhesablı qələbə qazanan Qana qrupda ilk xallarını əldə edib. 

Qeyd edək ki, qrupda turun digər matçında Portuqaliya ilə Uruqvay qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top