Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri müəyyənləşir

SOSİAL 28 noy 2022, 18:42
Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri müəyyənləşir.

Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

1. qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
2. əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;
3. qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;
4. qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;
5. ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;
6. ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;
7. əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
8. əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top