DÇ-2022: İspaniya - Almaniya oyununda qalib müəyyənləşmədi

İDMAN 28 noy 2022, 00:55
Qətərdə təşkil olunan DÇ-2022-də növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci gününün son matçı E qrupunda baş tutub.

Son üç mundialdan ikisinin qalibi İspaniya – Almaniya duelində qarşılaşacaq. Qrupun digər görüşünün nəticəsindən asılı olaraq “Qırmızı furiya” və Bundestimin taleyinə aydınlıq gələ bilər.

Əgər Yaponiya Kosta-Rikaya uduzmasa, İspaniya qələbə qazanmaqla adını 1/8 finala yazdıracaq. Bu, Almaniyanın qrupda qalmasını da rəsmiləşdirəcək. Hans-Diter Flikin yetirmələri dörd il əvvəlki fiaskonu yaşamamaq üçün bu görüşdən müsbət nəticə ilə ayrılmalıdır. Əgər İspaniya uduzmasa, Yaponiya qalib gəlsə, asiyalılar da mərhələni adlayacaq. 

Qeyd edək ki, E qrupunun digər oyununda Yaponiya ilə Kosta-Rika qarşılaşıb və ikincilər 1:0 hesabı ilə qalib gəlib. 

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
E qrupu
23:00. İspaniya - Almaniya 1:1

Qollar: Alvaro Morato, 62 - Niklas Füllkruq, 83

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top