“Ermənistanın vəziyyəti ağırdır”— Erməni politoloq

REGİON 27 noy 2022, 22:40
“Ermənistanın vəziyyəti çox ağırdır, onun müttəfiqləri minimum ehtiyaclarını belə ödəmir”.

Bunu erməni politoloq, ABŞ-ın Lihay Universitetinin professoru Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır.

“Heç bir illüziya, boş ümidlər olmamalıdır ki, onlar gəlib Ermənistanı müdafiə edəcəklər, silah satacaqlar, Türkiyə, Azərbaycan və Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar”, - A.Qriqoryan vurğulayıb.
O, Azərbaycanın 44 günlük müharibədə qələbə qazandığı bölgədəki vəziyyətə də toxunub.

“Hər kəs Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”, - deyə o, əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top