Dövlət müşaviri: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq”

GÜNDƏM 26 noy 2022, 22:09
Azərbaycanın öz ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyacı olacaq.

Bu barədə “Report”a Rumıniya baş nazirinin dövlət müşaviri Yulian Çifu bildirib.

Onun sözlərinə görə, mina problemi özündə böyük təhlükə daşıyır.

Dövlət müşaviri bildirib ki, hazırda Rumıniyada da İkinci Dünya müharibəsindən qalma partlamamış minalar var.

“Azərbaycan öz ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq. Bu, böyük səy deməkdir”, - o qeyd edib.
Dövlət müşaviri əlavə edib ki, hətta minalanmış sahələrin xəritələri olsa belə, ehtiyatlı olmaq lazımdır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top