Təhsil və Elm Nazirliyi rəsmisindən açıqlama: “Elmdən nəticə gözləməyin...”

SOSİAL 26 noy 2022, 17:21
“Elmdə olan problemlər hamımızın problemidir, uzun müddət bir ağaca (elmə) su verməyəndə ondan meyvə gözləmək mümkün deyil”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru Rüfət Əzizov özünün sosial şəbəkə hesabında yazıb.

“Təhsildə mərhələli şəkildə müxtəlif alətlərdən (sertifikasiya və s) istifadə edərək müəllimlərin maaşlarını artırmağa çalışırıq və bu proses davam edəcək. Məsələn, bugün elmi tədqiqat institutu direktorunun maaşı ibtidai sinif müəlliminin maaşından da azdırsa, elmdən nəticə gözləyə bilmərik”,  deyə Rüfət Əzizov qeyd edib.

Təhsildə buna tədricən nail olunduğunu vurğulayan Təhsil İnstitutunun direktoru fikirlərini belə davam etdirib:

“İnstitutların və tədqiqatçıların da inkişafını təşviq etməli, onları dəstəkləməliyik”.
Sfera.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top