ABŞ “Pəncə-Qılınc” əməliyyatına görə Türkiyəyə xəbərdarlıq edib

DÜNYA 26 noy 2022, 14:26
Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı quru antiterror əməliyyatı ən qısa zamanda həyata keçiriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti hakim partiyanın qapalı iclasında müdafiə naziri Hulusi Akarın hesabatına istinadən bildirib.

Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (YPG-PYD) qarşı hava əməliyyatına başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının olacağını istisna etməyib.
 
"Dünən prezident Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının toplantısı keçirilib. Toplantının gündəliyindəki əsas məsələ terrorla mübarizə olub. Təqdimatı milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu edib”, - “Yeni Şafak” yazır.

Qəzetin əldə etdiyi məlumata görə, hava əməliyyatlarının nəticələri Akarın hesabatında açıqlanıb.
 
Hesabatda Suriyanın şimalında gerçəkləşdirilən “Pəncə-Qılınc” hava əməliyyatı ilə bağlı həm Rusiya, həm də ABŞ-dan istənilən dəstəyin alınmasının mümkün olmadığı, lakin buna baxmayaraq, onun ə uğurlu olduğu bildirilib. Bu prosesdə ABŞ-ın ikiüzlü rəftarı tənqid edilib. Bildirilib ki, Suriyada həyata keçirilən hava əməliyyatı zamanı ABŞ Türkiyəyə “ərazi onların nəzarətində olduğu üçün ora girməməlisiniz” xəbərdarlığı edib. “Yeni Şafak” yazır ki, buna baxmayaraq, əməliyyat davam edib. 

Dünənki toplantıda quru antiterror əməliyyatının ən qısa zamanda həyata keçiriləcəyi vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top