Hacı Surxay: “Bir nəfərin üzünə nəslini söyürsən, sanki buna təsir etmir...”

SOSİAL 26 noy 2022, 12:34
“Bir söyüşə görə insanın başına nələr gətirərdilər. İndi bir nəfərin üzünə nəslini söyürsən, baxır üzünə, sanki buna təsir etmir, qonşunu söyürlər. Qonşunu da söyəndə, elə bilir, düşməndən danışılır. “Bismillah” olan yerdə şeytan ola bilməz. Çətinlik, narahatlıq, gərginlik, arada qan olmuş olsa belə, “Bismillah” deyilən zaman rahatlıq olur, bəla çəkilir. Çünki sən Allahın varlığına söykənirsən. Qarşımda duran şeytan ola bilər, hiddətlənsəm, adekvat cavab verəcək, bunun üçün dayanmaq, səbir etmək lazımdır”.

Demokrat.az
-ın xəbərinə görə, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

“Namaz qılanla şeytan rabitədə olur. O cür də anlamayın ki, namaz qılmırsınızsa, şeytansınız. Şeytan deyir ki, namaz qılmırsa, oruc tutmursa, yaxşılıq etmirsə, dostumsan. Elə namaz qılanlar var ki, şeytan onunla dostluq edir. Namaz qılan insan şeytanın təzyiqlərinə məruz qalır. Baxın, nə qədər namaz qılan söyüş söyür... Namaz hara, söyüş hara... Və yaxud rüşvət alır, verir, yalan danışır, şərab məclisində oturur, gözü onun-bunun malındadır. Nə qədər öz səadətindən ötrü başqasını bədbəxt edən namaz qılan var... Bunlardan çəkinmək lazımdır” – S.Məmmədli qeyd edib./pravda.az
    


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top