Niderland parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb

DÜNYA 24 noy 2022, 22:59
Niderland parlamenti Rusiyanın Ukraynada dinc əhaliyə qarşı hərəkətlərini terrorizm, Rusiyanı isə terrorizmin dövlət himayədarı adlandırıb.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki,  səsvermə Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı baş tutub.

494 deputat bu sənədin lehinə,  58-i əleyhinə çıxış edib, daha 44 deputat bitərəf qalıb.

Partiyaların böyük əksəriyyəti, xüsusilə VVD (Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası), D66 (Tərəqqiçi Demokratlar), PvdA (Əmək Partiyası), CDA (Xristian Demokratik Partiyası) deputat Tom Vanın təklifini dəstəkləyib. 

Parlament Niderland hökumətinin humanitar, diplomatik və hərbi sahədə Ukraynaya maksimum dəstək siyasətini dəstəkləyib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top