“İranda rejimin inqilab keşikçiləri çəkinmədən qətliamlar törədirlər” — VİDEO

REGİON 23 noy 2022, 23:49
“"İran" adlanan ölkədə inqilab baş alıb gedir. Artıq küçələrdə açıq şəkildə rejimin inqilab keşikçiləri səhnəni ələ alıblar. Və orada çəkinmədən qətliamlar törədirlər. Yaralılar və ölülər küçələrdə buraxılıbdır, onlara sahib çıxan yoxdur”.

Demokrat.az
-ın xəbərinə görə, bu fikirləri Reaksiya TV-nin "Güney Azərbaycanın səsi" verilişinin canlı yayım buraxılışında güneyli fəal Rəhim Sulduzlu səsləndirib. Fəal hesab edir ki, İrandakı bu proseslər dünyanın diqqətini çəkməkdədir:

“Dünyanın diqqətini çəkdiyinə görə, İslandiyanın və Almaniyanın Birləşmiş Millətlər təşkilatındalı nümayəndələri rəsmi təkliflə, rəsmi tələblə beynəlxalq təşkilatın İnsan Haqları Şurasının növbədənkənar və təcili toplanması istəyini irəli sürdülər. BMT buna səsvermə ilə "bəli" cavabını verdi. Normalda belə bir toplantı ildə bir dəfə keçirilir. Adətən, Şimali Koreyadan tutmuş Afrikadakı ölkələrə qədər insan haqları məsələləri ilə əlaqədar toplanırlar. Amma bu dəfə sadəcə olaraq gündəm "İran"adlanan ölkədir. Yəni, İranda bu rejimin bu etirazçılara qarşı münasibəti masa yatırılacaq. Çox böyük ehtimal ki, orada da qalıcı və çox keçərli qərarlar qəbul ediləcək”.

“Taleyin acı hökmü elə gətirib ki, Azərbaycanımızın güney hissəsi hazırda "İran" adlanan ölkədə yer alırıq.    Baxın, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı tam təşəkkül şəkildə səhnədə öz yerini almasa belə, hazırda Güney Azərbaycan böyük bədəl ödüyübdür. Artıq deyə bilərəm ki, şəhid sayımız 40 nəfəri keçibdir, yüzlərlə yaralımız, on minlərlə həbs olunanımız var”.   

Zamiq
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top