Ermənistan Frankofoniya sammitindən də əliboş qayıtdı

SİYASƏT 23 noy 2022, 16:37
Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020- ci il tarixili Bəyanatın qarşıya qoyduğu vəzifələrin tam yerinə yetirliməsi ilə bağlı dəvət olunduğu hər bir tədbirdə Azərbaycan əliyhinə dəstək toplamağa, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməyə adət edib. Baş nazirin  dövlət rəhbərinə xas olmayan qeyri – ciddi xüsusiyyətləri Ermənistanın dövlət rəsmləri, tanınmış ictimai-siyasi xadimləri tərəfindən də dəfələrlə qeyd edilib. Çünki Paşinyan  beynəlxaıq tədbirlərdə dediklrini, verdiyi vədləri iclas başa çatan kimi danır, sanki bir saat bundan əvvəl danışan bu deyilmiş. Belə olmasaydı, iki il əvvəlki üçtərəfli və bu yaxınlarda  Praqada Azərbaycan Prezidenti  İlham Əliyev,  Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının prezidenti Şarl Mişel və özünün iştirakı ilə imzalanan dördtərəfli bəyanatların qarşıya qoyduğu tələblərə əməl edərdi.

İmzaladığı bəyanatların qarşıya qoyduğu vəzifələri icra etmək əvəzinə, anti-Azərbaycan qüvvələrin tapşırıqlarını yerinə yetirən Nikol Paşinyan müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır və bununla da Ermənistanı uçuruma daha da yaxınlaşdırır.  Ökəmizə qarşı qərəzli beynəlxalq təşkilatların, habelə ermənipərəst,  riyakar dövlətlərin işğalçı ölkəyə havadarlığından daha da “ruhlanan” Ermənistan rəhbərliyi bu vaxta qədər Azərbaycanla öz arasındakı dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesinin başlanmasından, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasından, həmçinin Zəngəzur dəhlizinin yaradılmasından boyun qaçırır. Bəzi beynəlxalq təşkilatların və ermənipərəst qüvvələrin havadarlığına güvənən Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan  hələ də yayınır.

Fransa Senatının və Milli Assambleyasının uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyəti  Ermənistanla Azərbaycan arasındakı münasibətləri daha da kəskinləşdirir. Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlar atır. Bu da işğalçı ölkəni daha da həyasızlaşdırır.  Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnaməyə ilk etiraz edən elə Senatın üzvlərindən biri oldu. Bu qərəzli qətnamə  beynəlxalq aləmdə də etirazla qarşılanıb.

 Ermənistan Azərbaycanın tarixi Qələbəsini hələ də həzm edə bilmədiyindən müxtəlif vasitələrə əl atır. Bugünlərdə Tunisdə keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubileyində Ermənistan xarici işlər nazirinin Azərbaycan əleyhinə sələndirdiyi bəyanat, əslində, bu ölkənin hələ də işğalçılıq siyasətindən əl çəkmək istəməməsindən xəbər verir.  Əsas qayəsi Fransa mədəniyyəti və dilini təbliğ etməyə yönəlmiş  Frankofoniya təşkilatında  siyasi ritorikalı ittihamları səsləndirməyə, hətta üzv ölkəlri siyasi bəyanat qəbul etməyə çağırmağa Ermənistana  hansı beynəlxalq qurum  səlahiyyət verib? Ermənistanın ölkəmizə qarşı böhtanları, qarayaxmaları adət halını alıb. Frankofoniya Təşkilatının 50 illik yubileyində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın təxribat xarakterli çıxışı böhtan kampaniyasının davamıdır. Eyni zamanda, ermənipərəst mövqeyi ilə seçilən Fransanın ölkəmizə qarşı növbəti çirkin kampaniyasıdır. Əgər Nikol Paşinyanın Azərbaycana qarşı müxtəlif vaxtlarda səsləndirdiyi bəyanatlara diqqət yetirsək, aydın görərik ki, bir neçə gün əvvəl Fransa Senatında Azərbaycana qarşı qəbul edilmiş qətnamənin mətni ilə eynidir. Fransa və digər ermənipərəst beynəlxalq təşkilatlar denokartiya, humanizm və  insan hüquqlarının müdafiəsinin tərəfdarıdırlarsa, o zaman ilk növbədə, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə məcbur etməlidirlər.

Frankofoniya sammitində  yekun sənədlərdə Fransaının təhriki ilə Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən təhrikci ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim  olunub. Lakin təşkilatda təmsil olunan bəzi dövlətlərin, eləcə də Qoşulmama Hərəkatına üzv ölkələrin etirazı ilə Azərbaycanla bağlı qərəzli məqamlar sənəddə yer almayıb. Fransa kimi, illərlə planetin zəif xalqlarına qarşı amansız müstəmləkəçilik siyasəti ilə tanınan bir dövlətin təsiri altında olan , əslində isə mədəniyyət profilli bu təşkilatda  belə anların yaşanması heç də təəccüblü deyil. Ancaq Azərbaycanın dünyada getdikcə artan nüfuzu, reytinqinin yüksəlməsi belə qərəzli sənədlərin qəbul olumasının qarşısını alır. Bu dəfə də belə oldu. Ermənistan Frankofoniya sammitindən də əliboş qayıtdı.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top