Cəlilabadda iki qardaşı avtomobil vurdu

HADİSƏ 20 noy 2022, 21:35
Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumatına görə, hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onları avtomobil vurub.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top