AYNA rəhbərliyi avtovağzalda daşıyıcı şirkətlərlə görüş keçirdi — problemlər dinlənildi — FOTOLAR

SOSİAL 20 noy 2022, 19:04
Bakı Beynəlxalq Avtovağzal Kompleksində müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla görüş keçirilib.

AYNA-nın nümayəndələri və ekspertlərin də iştirak etdikləri görüşdə sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunub və təkliflər dinlənilib.

Sərnişinlərin avtovağzala cəlb edilməsi üçün xidmətdə keyfiyyətin artırılmasının zəruriliyi vurğulanıb. Sahibkarlar üzləşdikləri çətinliklərdən danışıblar.

Avtovağzal ərazisində sərnişinlər arasında keçirilən sorğunun nəticələri müzakirə edilib. Sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, belə görüşlərin keçirilməsində məqsəd sərnişindaşıma sahəsində yarana biləcək nöqsanları vaxtında aşkarlamaq, onların aradan qaldırılmasına dəstək vermək, avtovağzala vətəndaşları cəlb etməklə məmnunluğu artırmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top