İlham Əliyev latviyalı həmkarını təbrik etdi

XARİCİ SİYASƏT 18 noy 2022, 10:47
Prezident İlham Əliyev latviyalı həmkarı Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top