Ronaldo: "Dünya Kubokunu qazanmağı xəyal edirəm"

İDMAN 17 noy 2022, 21:58
"Dünya Kubokunu qazanmağı xəyal edirəm. Çətin olacağını bilirəm, amma xəyal qurmaq pulla deyil". 

Bu sözləri Portuqaliya yığmasının kapitanı, superulduz Kriştianu Ronaldo dilə gətirib:

"Bu dünya çempionatı yəqin ki, tarixin ən yaxşı dünya çempionatı olacaq".

Ronaldo, onun ətrafında yaranan söz-sohbətlərə də biganə qalmayıb:

"Mən nəsihət verməyi sevən biri deyiləm, nümunə olmağa üstünlük verirəm. Çünki bədənimə, zehnimə, başıma fikir verirəm. Gənc futbolçular mənim nəslimlə eyni deyillər. Qarşınızda ən yaxşı nümunələr varsa, heç olmasa, ona oxşamalısınız . Çünki gənc olanda Van Nistelroy, Rio Ferdinand və Rayan Giqqz kimi yüksək səviyyəli oyunçulara baxırdım. Uğurumun səbəbi də budur”.

"Mən xarizmatikəm. Yaxşı görünmək də kömək edir. Amma niyə instaqramda ən çox izlənən insan olduğumu bilmirdim. Sosial mediada ən çox izlənən insan olmaq məni qürurlandırır. Niyə mən bir nömrəyəm? Niyə mən? Bəzən bunu soruşuram".

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top