Tviter əməkdaşlarının yarısı işdən çıxdı

DÜNYA 17 noy 2022, 00:30
Tviter əməkdaşlarının yarısı işdən çıxmaqla bağlı qərar qəbul edib.

Şirkətin sahibi İlon Mask son zamanlar tviterdə kütləvi ixtisarlara əl atıb.

Belə ki, Mask dünən gecə yarısı əməkdaşlarına elektron məktub göndərib. 

Elektron məktubun məzmunu Amerikanın "Vaşinqton Post" qəzetində çap olunub. 

Bildirilib ki, İlon Mask olduqca radikal addımlara əl atıb.

İki həftədən çoxdur ki, platformaya sahib olan milyarder iş adamı şirkəti təhvil alan kimi tviterin heyətini tam olaraq dəyişməyi hədəfləyib. 

Bununla belə, tviterin bəzi yüksək səviyyəli rəhbərlərinin də istefa verdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top