Dövlət Departamenti: "Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji təchizatından imtinaya kömək edəcək"

SİYASƏT 16 noy 2022, 22:57
ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya təchizatından asılılığını azaltmağa kömək edəcək.

Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

"Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan həddən artıq asılı olan bütün ölkələr başqa mənbələr (təchizat - red) axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Və düşünürəm ki, çox mühüm rol oynamağa davam edir", - o deyib.

“Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik”, - Donfrid vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top