"Nant" "Qarabağ"la oyunda baş verənlərə görə cəzalandırıldı

İDMAN 16 noy 2022, 09:08
UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Buna səbəb "Nant" azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la matçındakı hərəkətləri olub.

Klub ev oyununda "Bojuar" stadionunda ictimai keçid yollarının bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib.

Bundan əlavə, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də əlavə xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top