“Biz cəmiyyət olaraq direktora və müəllimə pul verməyə fürsət güdürük” — Təhsil eksperti

SOSİAL 15 noy 2022, 17:44
“Attestatla bizim ölkədən xarici ölkələrin ali təhsil müəssisələrinə həyata keçirilən qəbullar qeyri-leqal yoldur. Yəni, hər hansı ölkəyə konkret attestatla qəbul qeyri-qanuni prosedur hesab olunur. Könül istərdi ki, bizdə də universitetlərə qəbul yalnız attestatla həyata keçirilsin. Amma, birbaşa qəbulu attestatla aparsaq, onda bu hansı hallara gətirib çıxardacaq? Daha çox korrupsiya faktı, rüşvət, qohum, tanışlıq məsələləri əsas olacaq. Bu da bir növ qəbul prosedurunun tamamilə saxta, qeyri-şəffaf olmaıs ilə nəticələnəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. 

“Bilirsiniz ki, bizdə belə hallara daha çox diqqət ayrılır, belə hallara daha çox önəm verilir. Biz cəmiyyət olaraq fürsət güdürük. Əgər attestatla qəbul olarsa, biz məktəb direktoru və müəllimlərə müəyyən hörmət edəcəyik ki, onlar attestatın qiymətini yaxşı yazsın. Ona görə düşünürəm ki, bu məsələni tamamilə fərqli metodla tənzimləmək olar. Biz orta ümumtəhsil müəssəsində yüksək təhsil təqdim etməliyik və şagirdlərin hər biri orta məktəbləri bitirmələri vacib olmalıdır. Yəni, onlar məktəbə qəbul ola bilərlər, amma məktəbi bitirmələri çətin olmalıdır. Əgər hər hansı bir şagird məktəbi bitirirsən və onun həqiqətən qiymətləri obyektiv, şəffaf  öz əksini tapırsa, o zaman attestatla şagirdi ali təhsil müəssisəsinə qəbul etmək olar. Bu hallar olmadığı halda biz qeyri-şəffaflığın .ahidi olacağıq. Düşünürəm ki, bu tərəfi düzəltmədəm onu həyata keçirməyimiz qeyri- mümkündür”.

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top