Pərvizdən karyerası ilə bağlı gözlənilməz QƏRAR

İDMAN 15 noy 2022, 15:44
Dünya çempionu Pərviz Abdullayev karyerasını başa vurur.

Demokrat.az
xəbər verir ki, "Kobra" ləqəbli idmançı bu haqda "Görüş yeri" proqramında danışıb. O bildirib ki, özünü başqa sahədə sınamaq qərarına gəlib:

"Hazırda 36 yaşım var, 37 olacaq. İdmançının sona doğru getdiyi yaşlar var. 2016-cı ildən sonra uduzmamışam, ancaq qalib gəlmişəm, böyük yarışları qazanmışam. Yəqin ki, son bir-iki akkord qalıb, sonra idmandan getmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir. Qarşıma həmişə hədəf qoymuşam. Demək olar ki, bütün məqsədlərimə çatmışam. İndiki hədəf başqadır, fərqli sferada olmaq istəyirəm". /axsam.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top