"ABŞ Kiyevsiz heç bir danışıqlarda iştirak etməyəcək" — Bayden

DÜNYA 14 noy 2022, 21:24
Amerika prezidenti Co Bayden Xersonun azad edilməsini Ukraynanın mühüm qələbəsi adlandırıb. 

Demokrat.az
UNİAN-a istinadən bildirir ki, Bayden qeyd edib ki, ABŞ Kiyevsiz heç bir danışıqlarda iştirak etməyəcək.

"İlk növbədə, bu, Ukrayna üçün əhəmiyyətli qələbə idi və mən Ukrayna xalqının,hərbçilərinin cəsarətini, qətiyyətini və döyüş qabiliyyətini alqışlamaya bilmərəm. Yəni, onlar həqiqətən heyrətamiz idilər", - Bayden deyib. 

ABŞ prezidenti əlavə edib ki, Amerika Ukrayna Silahlı Qüvvələrinə silahla kömək etməkdə davam edəcək.

"Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməyə davam edəcəyik . Biz heç bir danışıqlara girmək fikrində deyilik. Ukraynasız heç bir danışıq yoxdur, bu, Ukraynanın verəcəyi qərardır", - Bayden deyib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top