Rəşad Dağlıya yardım məqsədilə pul yığılır?

SOSİAL 13 noy 2022, 16:25
Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən kart kesabları paylaşılaraq həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.

Demokrat.az xəbər verir ki, E-huquq.az məsələ ilə bağlı meyxanaçının vəkili Elvin Əliyevlə əlaqə saxlayıb. Vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.

"Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir məlumatı yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyac da yoxdur.

Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasınlar", - deyə E.Əliyev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top