Karnaval iştirakçılarının maşınla üstündən keçdilər

DÜNYA 13 noy 2022, 13:45
Noyabrın 12-də axşam ABŞ Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən küçə karnavalının iştirakçılarını avtomobilin vurması nəticəsində 6 nəfər xəsarət alıb.

Demokrat.az
report-a istinadən xəbər verir ki, bu barədə metropolun yanğınsöndürmə idarəsi məlumat yayıb.

"Los Angeles Times"ın məlumatına görə, karnavalda yüzlərlə insan iştirak edib və onlardan bəziləri olaydan sonra ərazidən qaçmağa məcbur olub. Polisin məlumatına görə, "Porsche Cayenne" markalı avtomobilin sürücüsü kortej iştirakçılarını vurub. O, polis onu saxlayana qədər hadisə yerindən qaçıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin avtomobilini tapmağa nail olublar.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top