"The New York Times"ın 100 illik səhvi

SİYASƏT 13 noyabr 2022, 13:12
ABŞ-ın, elə dünyanın da ən böyük qəzetlərindən olan "The New York Times" nə az, nə çox, düz 101 il ərzində (1898-1999) öz oxucularına səhv məlumat verib. Belə ki, qəzetin 14499-cu sayından sonrakı nömrə 14500 olmalıymış. Ancaq redaktor səhvən 14500 yerinə 15000 yazıb. Və bu səhvi101 il sonra başqa bir redaktor üzə çıxarıb...

Ləqəbi “Boz Xanım” olan “The New York Times” dünya miqyasında oxucu kütləsi olan gündəlik qəzetidir. 1851-ci ildə Henry Jarvis Raymond və George Jones tərəfindən təsis edilib və ilk olaraq “Raymond, Jones & Company” tərəfindən nəşr edilib. Qəzet 132 dəfə “Pulitzer Mükafatı” qazanıb, elə buna görə də “milli rekord qəzeti" kimi tanınır. Bu qəzet tirajına görə dünyada 18-ci, ABŞ-da isə 3-cü yerdədir. Qəzet “New York Times” şirkətinə məxsusdur. O, 1896-cı ildən bəri Sulzberger ailəsi tərəfindən, səhmləri açıq şəkildə satıldıqdan sonra ikili səviyyəli səhm strukturu vasitəsilə idarə olunur. Qəzetin naşiri və şirkətin sədri A. G. Sulzberger ailənin beşinci nəslindəndir. Hazırda qəzetə o, rəhbərlik edir. 
Qəzetin 3 min nəfərdən artıq müxbiri var. 2022-ci ilin avqustuna olan məlumata görə, qəzetdə çalışan orta statistik müxbirin illik maaşı 92.270 dollardır.

Bütün Azərbaycan mətbuatını üst-üstə yığsan  heç "The New York Times" qəzetinin bir səhifəsinə dəyməz...

Amerikanı dünyanın super-gücü edən sütunlardan biri də "The New York Times" qəzetidir...

Bizim jurnalistlər də xalqa yalan-palan sırımaqla papaqlarını günə verir...

Elbəyi Həsənli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top