“Mənim və övladlarımın bu müharibədə ölməsini arzu edirəm...” — Ramzan Kadırov

DÜNYA 12 noy 2022, 09:35
"Ey, oyanın! Müsəlman olun, kişi olun!.."
 
"Niyə oturmusunuz? Gəlin, toplanın! Taborlar, alaylar yaradın. Mən sizi təchiz edəcəyəm, geyindirib silahlandıracağam..."
 
"Avropalılar diz çökməli və Rusiyadan üzr istəməlidir..."
 
"Biz Avropa dövlətlərini silahsız götürməliyik..."
 
"Çeçenistan Respublikasının rəhbəri növbəti qalmaqallı bəyanatla çıxış edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
Ramzan Kadırov bütün müsəlmanları müharibəyə yollanmağa çağırış edib. 
 
Bu zaman siyasətçi öz müraciətini Ukraynada səngərdən deyil, öz rahat divanından edib.
 
"Niyə oturmusunuz? Gəlin, toplanın! Taborlar, alaylar yaradın. Mən sizi təchiz edəcəyəm, geyindirib silahlandıracağam", - Kadırov vəd edib.
 
Çeçen liderinin fikrincə, müsəlmanlar "sevimli peyğəmbərimizin, Quranımızın və dövlətimizin" maraqlarını qorumaq üçün müharibəyə getməlidir.
 
Kadırov hər bir valideyni oğullarını "şeytanlıq" və "faşizm"lə müharibəyə göndərməyə çağırış edib. Onun sözlərinə görə, bu, həm xristianların, həm də müsəlmanların xeyrinədir.
 
"Ey, oyanın! Müsəlman olun, kişi olun!"- Kadırov çağırış edib. "Biz, sadəcə, Avropa dövlətlərini silahsız götürməliyik", - Çeçenistan rəhbəri özünə güvənliklə bəyan edib.
 
O, həmçinin hücumu dayandıra biləcək şərtləri də səsləndirib. Avropalılar diz çökməli və Rusiyadan üzr istəməlidir.
 
Kadirov Ukrayna ərazisində müharibəni "müqəddəs" adlandırıb.
"Mən bu müharibədə ölməyi arzu edirəm. Mən ölürəm və övladlarımın da bu müharibədə ölməsini istəyirəm", - Çeçenistan rəhbəri ürək sözlərini bölüşüb.
 
Lakin Kadırov dərhal ölməyi planlaşdırmır.
 
"Biz sizi məhv edəndən sonra öləcəyik", - Rusiyanın regional siyasətçisi cəsarətlə bəyan edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top