Salyanda avtomobil traktora çırpılıb, yaralanan var

HADİSƏ 10 noy 2022, 21:35
Salyanda avtomobil traktora çırpılıb, xəsarət alan var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Dayıkənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında dayanan traktora çırpılıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top