Şəhidlərimizin məzarını ziyarət edən Flora Kərimova göz yaşı axıtdı — VİDEO

SOSİAL 08 noy 2022, 14:17
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda “Zəfər günü” qeyd olunur.  “Səhər mərkəzi” verilişinin çəkiliş heyəti İkinci Vətən müharibəsində şəhid olan hərbçilərimizin məzarını ziyarət edən Xalq artisti Flora Kərimovadan müsahibə alıb.

Demokrat.az
xəbər verir ki, sənətkar yaşadığı duyğuları ifadə edən zamanı göz yaşlarına boğulub.

“Zəfər” bayramımız mübarək. O bayram ki, bizim sabahımızı işıqlandırır. O bayram ki, bizə ümüd gətirib. Baş əyirəm, öpürəm. Sizə can sağlığı, xoşbəxtlik diləyirəm. Mən burada əsgər müğənni görürəm ( ifaçı və İkinci Qarabağ müharibəsində iştirak edən Vüqar Muradov – red.).

Millət qalxanda, səsini ucaldanda ... Baxıram sizə, nə yaxşı kı biz varıq, millət var. Oğullarımıza nümünə olan, qəhrəmanlarımızın önündə gedən  Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Analara, Vətənimə, Şuşama və millətimə görə... Çox sağol oğul! Allah sizə dəyməsin. Ümüdümüz sizə və sizin arxanızca gedən oğullaradır”, - deyə F.Kərimova bildirib.

Bizim.Media  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top