İlham Əliyev TDT-nin zirvə toplantısında iştirak edəcək — FOTO

XARİCİ SİYASƏT 08 noy 2022, 13:14
10-11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşü keçiriləcək.

Özbəkistanın xarici işlər naziri Vladimir Norov bəyan edib ki, ölkəsi 10-11 noyabrda Səmərqənddə keçiriləcək Zirvə toplantısına ev sahibliyi etməyə hazırdır.

Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top